Gənc qızla evlənən 60 yaşlı polkovnikin keçmiş həyat yoldaşından şok açıqlam - “AİLƏMİZİ İNDİ EVLƏNDİYİ GÜLŞƏN XANIM DAĞITDI

  • By admin
  • 27 Aprel 2017 13:15

 

2017-04-27-11-13-041493274952_jjjjj

Ən çox oxunan xəbərlər sırasına keçən  60 yaşlı polkovnikin evlənmə xəbərinin ardından gündəmi zəbt edən daha qalmaqallı xəbərlər yayıldı.

Gununsesi.info-nun xəbərinə görə, ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadənin 5-ci dəfə, həm  özündən 28 yaş kiçik xanımla ailə həyatı qurmasına onun ikinci həyat yoldaşı Gültamam Məmmədova   münasibət bildirib. O mətbuata açıqlamasında  polkovnik haqqında inanılmaz fikirlər səsləndirib.

“Mən onun ikinci həyat yoldaşı idim. Məndən əvvəl bir dəfə ailəli olub. O, çox müəmmalı insan idi. Mən ona ərə gedəndə onun 18 yaşında xəstə qızının və hazırda 32 yaşı olan oğlunun olduğunu bilmirdim.  O, onların hamısını gizli saxlayırdı. Hamısı sonradan aşkara çıxdı. Onun qızı xəstə olanda keçmiş həyat yoldaşı zəng edirdi ki, uşağa dərman almaq üçün pul lazımdır. Əzizağa müəllim həmin qadını söyürdü. Mən ondan həmin xanımın kim olduğunu soruşduqda, “sənə aiddiyyatı yoxdur” deyirdi. Onun heç qohumları ilə də əlaqəsi yox idi. Mən yalnız Yeganə xanım zəng vurandan sonra onun ailəsinin olduğunu bilmişəm. Həmin qızı da 2004-cü ildə, 18 yaşında dünyasını dəyişdi.

Biz 2004-cü ildə ailə qurmuşduq, 2012-ci ildə rəsmi şəkildə ayrıldıq. Həmin vaxta qədər o, daim mənim yanımda olub. Bizim ailəmizi də indi evləndiyi Gülşən xanım dağıtdı. O, hər yerdə uşaqların yekə olduğunu deyir. Amma belə deyil. Uşaqlar əkizdir və onların 7 yaşları var. Hətta mənim atamdan 40 min manat pul da alıb. Hazırda mən uşaqlarımı məktəbə göndərmək üçün pul tapa bilmirəm.

Bizimonunla 18 yaş fərqimiz var. Mən onunla evlənərkən 28 yaşım vardı. Həmin vaxt mən şirkətlərdən birində çalışırdım (Özüm Bakı Dövlət Universitetinin Kimya fakültəsini əla qiymətlərlə bitirmişəm). Bizi tanış eləndə mənə bildirdilər ki, bir polkovnik var və Qarabağ döyüşlərində iştirak edib, həyatında sınıq nöqtələr var. Ona görə də 44 yaşına qədər subay qalıb və indi istəyir ki, ailə qursun. Özü də çox cavan qalmışdı. Biz tanış olandan bir gün sonra mənə evlənmə təklif etdi. Mənim valideynlərim buna qarşı çıxdılar və bildirdilər ki, “sən cavan, o isə kifayət qədər yaşlıdır.” Ancaq mən onunla evlənməyə qərar verdim və ailə qurduq. Mən ərə gedəndən sonra bunun keçmiş ailəsi, qızı və oğlu olduğunu öyrəndim. Bir dəfə onunla bir toy məclisinə getmişdik. Toyda bir nəfər ona yaxınlaşdı və görüşdü. Mən Əzizağadan həmin şəxsin kim olduğunu soruşduqda, həmin görüşdüyü şəxs mənə “ərinlə birlikdə türmədə olmuşuq” cavabını verdi. Mən yalnız həmin vaxt onun türmədə yatdığını öyrəndim və dəhşətə gəldim. Mən Əzizağadan bu barədə soruşduqda, dedi ki, bəli, elədir. Amma artıq hər şey üçün gec idi.

Bizim ilk 3 övladımız tələf oldu. Çünki Əzizağa məni bir neçə dəfə döymüşdü. Ancaq 3-cü hamiləlikdən sonra bizim uşaqlarımız sağ qaldı.

Boşandığımız bu 5 ildə bir dəfə də olsun övladları ilə maraqlanmayıb. Yalnız Yasamal Rayon Məhkəməsinin kəsdiyi alimenti ödəyir ki, onun də məbləği çox cüzidir. Mənə deyir ki, gedin, necə istəyirsiniz yaşayın, məni narahat etməyin”.

Gununsesi.info