Gənc sahibkarlar üçün təlimlər təşkil edilib - FOTOLAR

  • By admin
  • 27 Aprel 2017 10:58

unnamed (8)

 

“Youth Inc.” Sahibkarlıq Proqramı və “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə Yüksək Texnologiyalar Parkında gənc sahibkarlar və startaplar üçün təlimlər keçirilib. Bir neçə gün davam edən silsilə seminarlarda 100-ə dək gənc iştirak edib. 

Gununsesi.info-ya şirkətdən verilən xəbərə görə, “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev gənclərə “Müasir Kommunikasiyalar: Coca-Cola təcrübəsi” mövzusunda seminar keçib. Seminar zamanı kommunikasiya strategiyası, media və hökümətlə əlaqələr, böhranlı vəziyyətlərdə kommunikasiya, şirkətlərdə kommunikasiya və reklam idarəetməsi, korporativ sosial məsuliyyət mövzularında “Coca-Cola” şirkətinin bu sahədə olan geniş təcrübəsini bölüşüb. 

Daha sonra, “Coca-Cola” şirkətinin Əmək Qanunvericiliyi üzrə məsləhətçisi Toğrul Vəliyev tərəfindən “İşəgötürən və əməkdaş arasında Hüquq Münasibətləri” mövzusunda keçirilən təlimdə iştirakçılara əmək qanunvericiliyi, işəgötürən və əməkdaşların hüquq və vəzifələri, onlar arasında qarşılıqlı münasibət, o cümlədən “Coca-Cola” şirkətinin insan resursları sahəsində uğurlu təcrübə nümunələri haqqında geniş məlumat verilib. 

Təlimlər “Azərbaycan Coca-Cola Bottlers” şirkətinin insan resursları üzrə baş mütəxəssisi Nəcibə Əliyeva Aktaş və insan resursları üzrə təlimçisi Kamil Babayev tərəfindən davam etdirildi. Nəcibə Əliyeva Aktaş “Yüksək performanslı komandanın qurulması” mövzusunu iştirakçılarla müzakirə edərək, onlara yeni praktiki biliklər verib. Kamil Babayev isə iş mühitində emosional intellekt mövzusunun əhəmiyyətini vurğulayaraq, əqli intellektlə və emosional intellekt arasındakı fərqli cəhətləri qeyd edib. 

100-dək iştirakçının qatıldığı təlimlərdə sahibkarlıqla məşğul olmaq istəyən və artıq sahibkar olan gənclər “Coca-Cola” şirkətinin təcrübəsini həvəslə öyrənmiş, onları maraqlandıran suallara cavab tapıb və müxtəlif mövzuları mütəxəssislərlə müzakirə etmək imkanı əldə edib.

unnamed (7) unnamed (9)

Gülnaz Qənbərli

Gununsesi.info