Gənc siyasətçi avropalı deputatlara səsləndi

Gənc siyasətçi avropalı deputatlara səsləndi

Bununla bağlı Gununsesi.info-ya açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki,  siyasi fəaliyyətlə yanaşı 12 ildir Qeyri Hökümət Təşkilatının sədri kimi də fəaliyyət göstərir və Avropa Parlamentinin 500 deputatının hər birinin şəxsi e-malinə QHT sədri kimi müraciət edib:
“Müraciətimizi ingilis dilinə tərcümə edib, göndərmişik. Artıq həmin deputatlar mənim şəxsi emailimə müraciətimi aldığını və bu məsələni nəzarətdə saxlayacağını bildirirlər:  Müraciətimizin səbəbi Avropa Parlamentinin üzvü Lars Adaktusson Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna Azərbaycandan icazəsiz səfər etməsi və orada yaradılmış qondarma, separatçı rejimin təmsilçiləri ilə görüşməsidir və hadisə təbii ki bizi məyus edib. Bizə çatan məlumatlara görə, 27 fevral 2018-ci ildə həmin Lars Adaktusson və onun həmkarı Mişel Rivasi Avropa Parlamentinin binasında Dağlıq Qarabağla bağlı tədbir keçirməyi planlaşdırırlar. Həmin tədbir Tufenkian Foundation, Armenian Legal Center for Justice and Human Rights və European Armenian Federation for Justice and Democracy adlı erməni lobbi təşkilatlarının sponsorluğu ilə təşkil olunub. 28 fevral 2018-ci ildə isə Avropa Parlamenti binasında AP üzvü Frank Engelin təşkilatçılığı ilə “Dağlıq Qarabağ və Aİ: 1988-2018” mövzusunda tədbir keçirilməsi planlaşdırılır. Bu tədbir də The Armenian General Benevolent Union və European Friends of Armenia adlı lobbi qruplarının sponsorluğu ilə həyata keçiriləcək.
Deputatların hər birinin diqqətinə çatdırdım ki, fevralın 26-da XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımının 26-cı ildönümüdür. Ondan dərhal sonra Avropa Birliyi kimi mötəbər qurumun binasında ermənilərin sponsorluğu ilə sözügedən tədbirlərin təşkili Azərbaycan xalqına və Xocalıda həlak olmuş insanların ruhuna hörmətsizlikdir. Xahiş etdim ki, AP üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə və qondarma rejimin təmsilçiləri ilə görüşünə etiraz səsinizi qaldıraslar. Dağlıq Qarabağ münaqişəsini törədənlərin sponsorluq etdiyi tədbirlərə qatılmaqdan çəkindirəsinlər. Ümid edirik ki, Siz bu, məsələyə obyektiv bir deputat kimi yanaşacaqsınız və öz həmkarlarınız bu yoldan çəkindirəcəksiniz! Avropalı deputatlara Azərbaycana, Qarabağa və Xocalıya ədalətlə yanaşacağını bildirdim!”

COMMENTS