Xalqa Xidmət Hərəkatının (XXH)Başqanı və gənc siyasətçi Arzu Sayadoğlu saytımıza açıqlama verib.
Gununsesi.info xəbər verir ki, açıqlamasında yaşanan problemlərin kökündə həm də vətəndaş biganəliyinin olduğunu söyləyən Arzu Sayadoğlu bunun üçün kütləvi aktivlik və hərəkətetmənin önəmini vurğulayıb. Daima vicdan, əxlaq və mənəviyyata vurğu edən XXH Başqanı deyib:
“Soydaş olaraq öncə qandallanmış ağılları və qəfəslənmiş vicdanları azad etməliyk. Ağıl və vicdan olmaqsa, insanlıq ölər, həyat mənasızlaşar. Heç kimsənin vicdansızlığa, ağılsızlığa, mənəviyyatsızlığa etiraz etmədiyi ölkə – ölkə yox, zoopark olar”.
Xalqa Xidmət Hərəkatının başçısı A. Sayadoğlu dövlət başçısı İlham Əliyevin də tez-tez vurğuladığı məmur problemlərinə toxunaraq bunları deyib:
“Artıq bu məsələlər parlamentdə də qaldırılır. Çoxlu sayda İcra başçısı, nazir müavini və digər yüksək rütbəli adamlar həbs edilib. Rüşvətə bulaşan məmurların para eqolarına əsir edilmiş kölələr olmamaq üçün hüququmuzu bilmək və tələb etmək insanlıq və milli şərəf borcumuzdur”.
Sayadoğlu bu gün bəzi mətbuat orqanlarının qüsurlarınıa və ictimai bilgiləndirmədəki nöqsanlarına diqqət çəkərək bunları söyləyib:
“Yalançı televiziyaların bizə qazandırdığı qavrayışlarımızı, “qiymətləndirmələrimizi” sorğulamalı, gerçəklərə haqqın gözündən baxa bilməliyik. Yalanların çox olması gerçəklərin olmadığı demək deyil”.
Daha sonra Sayadoğlu “bərabərçilər” və “işıqçılar” olduqlarını söyləyərək deyib:
“Biz bərabərçilərik, işıqçılarıq. Ölkəmizi politik qaranlıqlardan aydınlığa çıxaracağıq. XXH varsa, ümid var”.