Gənclər arasında beynəlxalq turnirə start verilib

  • By admin
  • 13 May 2017 11:49

04

Bu gün Gürcüstan Respublikasının Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnirə start verilib.

Gununsesi.info-ya Güləşi Federasiyasından verilən məlumata görə, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında 13 güləşçimiz turnirdə qüvvəsini sınayacaq.

Belə ki, Heyətdə Zülfüqar Əliyev (50 kq), Zaur Nuriyev, Elvin Mustafayev (hər ikisi 55 kq), Kamran Mirzəliyev, Elnur Musayev (hər ikisi 60 kq), Cavid Miralayev (74 kq), Tuncay Vəzirzadə, Aslan Məmmədov (84 kq), Tehran Əminzadə, Soslan Fanziyev, Nizami Şəmilov, Sayqidmaqomed Omarov (hamısı 96 kq) yer alıb.

Turnirin ilk günündə 50, 60, 74 və 96 kq, ikinci günündə isə 55, 66, 84 və 120 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zakir Məmmədov təmsil edir.

Anar

Gununsesi.info