Gənclər Fondundan gənclərə daha bir dəstək - FOTOLAR

  • By admin
  • 11 Mart 2019 21:18

   “Sosial etika” sosial mediadan səmərəli istifadə üsulları və etik qaydaları adlı layihənin təlimlərinə start verilib.

 

 Gununsesi.org xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sosial etika” sosial mediadan səmərəli istifadə üsulları və etik qaydaları adlı layihənin ilk təlimi keçirilib. Layihəni giriş sözü ilə açan layihə rəhbəri Könül Rasimqızı tədbir iştirakçılarına Gənclər Fondunun fəaliyyəti  və  layihə haqqında məlumat verib. Azərbaycan Gənclər Fondunun  gənclərə yaratdığı geniş imkanlardan danışıb. Daha sonra təlimçi Rahil Sayadoğlu sosial şəbəkələrdən səmərəli istifadənin üsulları və  etik qaydaların gözlənilməsi barədə gəncləri məlumatlandırıb. İnteraktiv keçirilən təlim, tələbələrin aktiv sual və cavabları əsasında aparılıb. Təlimdə müxtəlif təhsil ocaqlarından seçilmiş gənclər iştirak edib. Layihə çərçivəsində gənclərin eyni məqsəd üzərində birləşməsi ortaya zəngin informativ portalın çıxmasına kömək edəcək. “Sosial etika” sosial mediadan səmərəli istifadə üsulları və etik qaydaları adlı layihənin növbəti təlimi isə 17 mart tarixində keçiriləcək.

Sevinc

Gununsesi.org