“Gənclər siyasəti haqqında” qanun dəyişdirilir

  • By admin
  • 15 Noyabr 2016 12:06

fuad

Müasir dünyada qlobal çağırışlar gənclər siyasəti haqqında qanuna dəyişikliyi zəruri edir.

Gununsesi.info xəbər verir ki,  bu fikri Gənclər və idman nazirinin müavini İntiqam Babayev Milli Məclisin (MM) Gənclər və idman komitəsinin iclasında “Gənclər siyasəti haqqında” qanuna təklif edilən dəyişiklər və əlavələrin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, dünyada yeni çağırışlar olduğunu nəzərə alaraq Azərbaycanda da gənclər siyasətində müəyyən korrektələr etməyə və qanunu təkmiləşdirməyə ehtiyac yaranıb. “Bütün bunları nəzərə alaraq gənclər siyasətinin daha da təkmilləşdirilməsi ilə bağlı qanunvericilik bazxasına təkliflər irəli sütrülüb”- deyə, nazir müavini bildirib.

Gənclər və idman komitəsinin sədri Fuad Muradov isə qeyd edib ki, ölkə başçısının gənclərlə bağlı həyata keçirdiyi çevik və innovativ siyasəti mövcud qanuan dəyişikliyi labüd edir. O bildirib ki, qanuna təklif edilən dəyişikliklərlə bağlı müxtəlif yanaşmalar var. “Əsas məqsəd dəyişiklikləri geniş müzakirəyə çıxarıb yekun rəyə gəlməkdir. Layihədə gənclər siyasəti ilə bağlı yeni müddəalar nəzərdə tutulub. Bundan başqa, aztəminatlı gənc, gənc alim, sosial təcridə məruz qalmış gənc kateqoriyalarının da qanunda daha geniş şəkildə yararlanmasına diqqət yetirilir. Bundan əlavə məşğuluq baxımından hərbi xidmətdə olan, cəzaçəkmə müəssisəlrində cəza çəkən, cəzaçəkmə müəssisəlrindən azad olunmuş, habelə işdən azad olunmuş gınclərin məşğulluq problemlərinin, iş tapmaqda çətinliklərinin aradan qaldırılması və digər məsələlər öz əksini tapıb”- deyə, komitə sədri bildirib.

Qeyd edək ki, qanuna təklif edilən dəyişikliklərə əsasən gənclərin mənəvi-əxlaqi tərbiyəsində nəzərə alınması ilə bağlı qanuna bir sıra dəyişikliklər və əlavələr nəzərdə tutulub. Burada əsasən gənclərin dini ekstremist və radikla qruplaşmalara qoşulması ilə bağlı müddəa nəzərdə tutulub. Layihədə istedadlı gənclərə dövlət qayğısı da nəzərdə tutulub. Belə ki, dövlət istedadlı və yaradıcı gənclərin müəyyən edilməsi və inkişafına şərait yaradacaq, yüksək nailiyyət əldə edən gənclərin tanıdılması üçün tədbirlər həyata keçirilməlidir. Risk qrupuna daxil olan gənclərin isə sosial adaptasiyası ilə bağlı tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.

Mürtəza

Gununsesi.info