Gənclər və İdman Nazirliyində yeni təyinatlar

  • By admin
  • 01 Dekabr 2021 15:23

Gənclər və İdman Nazirliyində yeni təyinatlar olub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı nazir Fərid Qayıbov əmr imzalayıb.

Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinin icrası Fuad Babayevə həvalə edilib.

Elmir Mehdiyev Əsaslı tikinti və nəqliyyat sektorunun müdiri, Qabil Mehdiyev isə Mətbuat xidmətinin rəhbəri vəzifələrinə təyin ediliblər.

Gununsesi.info