“Gənclik Mall”da gənc qız ölümlə üz-üzə qaldı - HƏKİM TAPA BİLMƏDİLƏR (FOTOLAR)

  • By admin
  • 30 İyun 2017 17:00

558951_01

Bakıda “Gənclik Mall” ticarət mərkəzində hadisə yaşanıb. 

Gununsesi.info azxeber.com-a istinadən xəbər verir ki, ticarət mərkəzinin restoranlar olan hissəsində gənc qızın ürəyi gedib.  Ürəyi gedən qıza vətəndaşlar tərəfindən ilkin tibbi yardım edilsə də, hadisə yerinə həkim çağrılmayıb.

Buna səbəb  ölkənin ən böyük ticarət mərkəzində tibb mərkəzinin fəaliyyət göstərməməsi olub. Səhhəti pisləşən qızı isə vətəndaşlar təcili tibbi yardıma aparıblar.

Hadisə nəticəsində lentə alınan görüntüləri təqdim edirik:

558951_02

558951_03

Gununsesi.info