“Gənclik Mall”da həyəcan: İNSANLAR TƏXLİYƏ OLUNDU (FOTO)

  • By admin
  • 20 İyun 2017 17:42

175325fb1a2b

Bakının məşhur ticarət mərkəzində həyəcanlı anlar yaşanıb. 

Gununsesi.info xəbər verir ki, Tofiq Bəhramov stadionunun yaxınlığında olan “Gənclik Mall” ticarət mərkəzindən insanlar təxliyə olunublar.

Məsələ ilə bağlı azxeber.com-a danışan “Gənclik Mall” ticarət mərkəzinin ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Nuranə İskəndərova deyib ki, problem artıq həll olunub: “Gənclik Mall”da 30 dəqiqə işıqlar olmayıb. Məsələ ilə bağlı aidiyyatı qurumlarla danışdıq və problem tamamilə həll olundu. Hazırda heç bir problem yoxdur və ticarət mərkəzi açıqdır”.

556068

Gununsesi.info