“Gənclik Mall”ı su basdı – FOTO

  • By admin
  • 02 Noyabr 2017 13:21

Gənclik Mall” Ticarət Mərkəzində yerləşən iki mağaza fəaliyyətini dayandırıb.

Gununsesi.info report-a istinadən xəbər verir ki, buna səbəb yuxarı mərtəbədə su borusunun zədələnməsi olub.

Borunun zədələnməsi nəticəsində “Zel home” və “Coincasa” mağazalarına su dolub.

Hazırda mağazaya dəymiş ziyanın məbləği müəyyənləşdirilir və problemin aradan qaldırılması istiqamətində iş aparılır.