Gənclikdəki tuneli “Akkord” inşa edibmiş - ARAŞDIRMA

  • By admin
  • 10 Fevral 2021 00:47

 

Sosial şəbəkələrdə “Italian Design” holdinqin rəhbəri Franco Rizzatonun adından  Azərbaycanda Bakı şəhərinin Atatürk prospektində, eləcə də F.Xoyski və Vaqif prospektlərində yeni yeraltı avtomobil tunel kompleksinin inşası barədə yayılan açıqlama böyük rezonansa səbəb olub.

Həmin iddialara görə, adıəçəkilən tunelin inşasına Azərbaycan hökuməti 512 milyon dollar (o dövr üçün 426 milyon manat) xərcləyib.

Bu açıqlamanı əlində əsas tutan sosial şəbəkə fəalları buna görə hakimiyyəti korrupsiyada  ittiham edir.

Gununsesi.info isə adıəçkilən tunelin inşası ilə bağlı araşdırma aparıb.

Araşdırma zamanı bəlli olub ki, dəyəri şişirdilmiş layihəni həyata keçirən iki mühüm şəxs artıq hakim komandadan qovulub.

Belə ki,həmin tunelin tikintisini Nəqliyyat Naziri Ziya Məmmədov ölkənin o dövrdəki baş prokuroru olmuş Zakir Qaralova məxsus “Akkord” şirkətlər qrupuna verib.

Araşdırmamız zamanı onu da öyrəndik ki, ancaq  yol qovşağının inşasına ayrılan məbləğ Franco Rizzatonun səsləndirdiyi rəqəmdən az olub. 

Gununsesi.info