“Gərginlik hələ də səngiməyib…” - BAHAR MURADOVA

  • By admin
  • 01 Mart 2017 12:32

BAHAR-1

“Son günlər cəbhədə çox ciddi gərginliklər olub. Lakin bu gərginlik hələ səngiməyib və hələ də hiss olunmaqdadır”.

Gununsesi.info-nun məlumatına görə, bunu Milli Məclisin (MM) vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Hər il Xocalı faciəsinin ildönümü ərəfəsində ermənilər tərəfindən təmas xəttində belə təxribatların törədildiyini deyən B.Muradova bu təxribatların insan itkisi ilə nəticələnməsinə təəssüf etdiyini də söyləyib:

“Ermənilər bu təxribatla həm də cəbhəyanı bölgədə yaşayn dinc insanların rahat yaşamaq hüquqlarını pozurlar. Bu da bizim diqqətimizdə olan məsələlərdəndir. Biz bununla bağlı, eyni zamanda, həyatını itirən insanların ailələrinin müraciətlərini, dinc insanların müraciətlərini beynəlxalq təşkilatlara çatdırmalıyıq”.

Bir necə gün əvvəl Cocuq Mərcanlı kəndində olduğunu deyən B.Muradova orada artıq qızğın işlərin aparıldığını, ərazilərin minalardan təmziləndiyini, tikililərin bünövrəsinin qoyulduğunu da nəzərə çatdırıb:

“23 il o ərazidə orada tək yaşayan Həziyevlər ailəsi ilə görüşdüm. O insanlar bu illər ərzində orada yaşamaqla böyük qəhrəmanlıq göstəriblər”.

KAMİL
Gununsesi.info