
Gədəbəy rayon sakininin avtomobilini qaçırmaqda şübhəli bilinən şəxslər tutulublar.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 17-də rayon sakini Əkbər Əhmədovun “VAZ-2104” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Slavyanka kənd sakini Ədalət Rzayev və Samux rayon sakini İsa İsayev tutulublar.
Anar
Gununsesi.info











