Gədəbəydə ikimərtəbəli ev yandı

  • By admin
  • 05 Mart 2022 09:55

Gədəbəy rayonunun Çalburun kəndində ümumi sahəsi 192 m² (hər mərtəbəsi 96 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və dam örtüyü 96 m² sahədə yanıb.

Gununsesi.info bildirir ki, Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info