Gələcəkdə tarakanlarla qidalanacağıq – ALİMLƏR BELƏ DEYİR

  • Müəllif: admin
  • 11 Sentyabr 2017 09:00

hamam-bocegi-gelecegin-super-besini-olacak-709628_2856_2_b

Məlumdur ki, tarakanlar natəmiz yerlərdə yaşadığından insanların əksəriyyəti tərəfindən sevilməyən həşəratdır. Lakin alimlər bu canlının da faydalı tərəflərini axtarıb tapıblar.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, alimlər tarakan “süd”ünün inək südündən 4 dəfə daha faydalı və kalorili olduğunu iddia edir. Onlar hətta gələcəkdə dünya əhalisinin kəskin artacağı təqdirdə tarakanın ifraz etdiyi mayedən süd kimi istifadənin mümkünlüyünü vurğulayıb.

Ümumiyyətlə, bu həşərat süd vermir. Lakin dişi tarakanlar yumurtadan çıxan balalarını qida ilə təmin etmək üçün protein kristalları ilə zəngin olan maye ifraz edir. Alimlər “tarakan südü” deyəndə məhz bunu nəzərdə tutur.

Nigar

Gununsesi.info