Gələn ay bu dövlət əmlakları hərraca çıxarılacaq

  • By admin
  • 02 Mart 2022 18:14

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti aprelin 5-də və 7-də dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərrac keçiləcək.

Gununsesi.info nazirliyə istinadən xəbər verir ki, ilk hərraca 13 nəqliyyat vasitəsi, 9 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 2-ci hərraca isə 13 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 2002-2010-cu illər arasında dəyişir.

Bu dəfə hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iaşə, kənd təsərrüfatı sahələrinə aiddir və bölgələrdə yerləşir.

Tam siyahı ilə burada tanış olmaq mümküdür: (//bit.ly/3mmNVpB).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Gununsesi.info