Gələn il əmək pensiyalarına 127mln xərclənəcək - SƏLİM MÜSLÜMOV

  • By admin
  • 01 Dekabr 2016 14:45
selim
Gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə sərf olunacaq vəsaitin həcmi məlum olub.
Gununsesi.info xəbər verir ki. bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir bildirib ki, “Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi”ndə proqnozların tərtibi zamanı gələn il əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi nəzərə alınıb. “Gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 127 mln. manatın sərf olunacağı nəzərdə tutulub”- deyə, S.Müslümov vurğulayıb. 
Gununsesi.info