ŞAD XƏBƏR: Gələn il 190 manat birdəfəlik ödəmənin məbləği artırıla bilər – Nazir

  • By admin
  • 29 Dekabr 2020 14:52

Azərbaycanda koronavirusla bağlı verilən 190 manatın gələn il üçün müyyən 196 manat məbləğində yaşayış minimuna çatdırılması məsələsinə hökumətdə baxıla bilər.

Gununsesi.org bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən iclasında deputatların suallarını cavablandırarkən deyib.

S.Babayev bildirib ki, bu il birdəfəlik ödəmə yaşayış minumumuna uyğun verildi. Onun sözlərinə görə, əgər növbəti ildə də sərt karantin rejimi davam edərsə, birdəfəlik müavinətin də 196 manat müəyyən edilən yaşayış minumumu həddinə çatdırılması məsələsinə hökumətdə baxıla bilər.

Gununsesi.org