Gələn il 26 şəhər və rayonda müəllimlərin maaşı artırılacaq - NAZİRLİK

  • By admin
  • 29 Sentyabr 2016 17:34
muellim
2017-ci ildə Azərbaycanın 26  şəhər və rayonunda müəllimlərin maaşları artırılacaq.
Gununsesi.info Maliyyə Nazirliyinin rıəsmi saytına istinadən  xəbər verir.  Bu məsələ 2017-ci il dövlət büdcəsinin layihəsində təhsilin in kişafına dair Dövlət Strategiyasının “Fəaliyyət planı”-na əsaəsn nəzərdə tutulan proqram çərçivəsində  növbəti ildə Naxçıvan Muxtar Respublikasında və  digər 26 şəhər və rayonlarda  diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları  artırılacaq.
Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşlarının artırılması məqsədi ilə büdcədən 80 mln manat vəsaitin ayrılması da nəzərdə tutulub.
Maliyyə Nazirliyinin verdiyi məlumata görə, bu proses davalı olacaq və  növbəti mərhələdə daha 26 şəhər və rayonun müəllimlərinin diaqnostik qiymətləndirmədən keçməsi nəzərdə tutulur.
Nazirlikdən bildirilib ki, 2016-cı ildə bu prosesə başlanılıb vəilkin mərhələdə Naxçıvan Muxtar Respublikası,12 şəhər vərayonun müəllimləri diaqnostik qiymətləndirmədən keçib.
Diaqnostik qiymətləndirmə Naxçıvan Muxtar Respublikasında, Bakıda, Gəncədə, Abşeronda  Sumqayıtda, Şirvanda, Hacqabulda, Masallıda,  İmişlidə, Cəlilabadda, Xaçmazda, Qubadlıda, Saaatlıda, Sabirabadda müəllimlər diaqnostik qiymətləndirmədən keçib. Onların həftəlik dərs yükü saatı 12 saatdan 18 saata çatdırılıb. Buna uyğun olaraq onların aylıq əməkhaqqıları da iki dəfə artıb.
Mürtəza
Gununsesi.info