Gələn il seçki və referendum olacaq - 30 MİLYON AYRILDI

  • By admin
  • 25 Oktyabr 2022 12:08

Gələn il seçkilərin keçirilməsi və statistika tədbirləri üçün ayrılacaq vəsait açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə  “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2023-cü il dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 30 531 015 manat vəsait ayrılması proqnozlaşdırılır.

Bu xərc maddəsi “seçkilərin keçirilməsi və statistika tədbirlərinin aparılması” adlanır. Xatırladaq ki, bu ilin büdcəsində də sözgedən istiqamətdə – seçkilərin keçirilməsi və statistika tədbirlərinə 20 milyon 484 min 78 manat vəsait ayrılıb. Amma ölkədə seçkilər keçirilməyib, vəsaitin taleyi isə yəqin ki, ilin sonunda müəyyənləşəcək.

Qrafikə görə, Azərbaycanda prezident və parlament seçkiləri 2025-ci ildə keçiriləcək. O zaman bu vəsait hansı seçki üçün nəzərdə tutulub? Azərbaycanda seçkilər, yaxud referendum ola bilərmi? Vəsaitin həcmi referendum, seçkilər üçün əvvəlki dövrlərdə ayrılmış xərclərin həcminə uyğun gəlir. Bir qayda olaraq ölkədə bu tədbirlər üçün 30-40 milyon manat arası vəsait ayrılır.

Bəzi siyasi ekspertlər Azərbaycanda konstitusiya islahatlarının aparılmasınən zəruri olduğunu və hökumətin tezliklə bu məqsədlə Əsas Qanuna dəyişikliklər üçün referenduma gedəcəyini bildirirlər. Kularlarda yayılan xəbərlərə görə, regional idarəçilik sisteminə keçid, icra hakimiyyətlərinin ləğv edilməsi, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi, habelə parlamentin say tərkibinin arıtılması, proporsional seçki sisteminin bərpası və s. dəyişikliklərin olacağı gözlənilir.

Mətləb
Gununsesi.info