Gəlin, birlikdə yaşayaq! - Lukaşenko

  • By admin
  • 24 Aprel 2022 14:35

Belarus Prezidenti Aleksandr Lukaşenko qonşu ölkələri sülhü qorumağa və birlikdə harmoniyada yaşamağa çağırıb. 

Gununsesi.info BelTA-ya istinadən xəbər verir ki, Lukaşenko qonşu ölkələri dünyanı xilas etməyə səsləyib.

“Bu, aktualdır. Mən ilk növbədə qonşulara müraciət etmək istəyirəm: gəlin, birlikdə yaşayaq!” – deyə o bildirib.

Belarus dövlət başçısı qeyd edib ki, Pasxa bayramında insanlar Tanrıdan əsas şey – sülh, harmoniya və dostluq diləyirlər. Onun sözlərinə görə, bu, həmişə belaruslara xas olub.

Gununsesi.info