Gununsesi.info rus mətbuatına istinadən xəbər verir ki, insident mərkəzi küçələrdən birində baş verib.
Qayınana oğlunun bədbəxt hadisə nəticəsində ölümündən sonra gəlindən şübhələnirmiş. Tez-tez onun başqa kişilərlərlə görüşdüyünü iddia edərək gəlinlə mübahisə edib. Son mübahisə zamanı qayınana gəlininə hücum edərək onu itələyib. Sonra yerdən daş parçası götürərək gəlinin gicgahından bir neçə zərbə vurub. Gəlin özünü toplyaraq mətbəxə qaçıb, ordan mətbəx bıçağı götürərək qayınanasının boğazını kəsib. Aldığı xəsarətlərdən qayınana dünyasını dəyişib. Gəlin özü də gicgahından aldığı zərbə nəticəsində reanimasiyaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.
Gununsesi.info











