Gəlinini öldürən qayınata onun…

  • By admin
  • 15 Avqust 2022 10:54

2021-ci il yanvarın 31 də Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə zəng edərək məlumat verən paytaxt sakini Nəsimi rayonu 4-cü mikrorayon ərazisindəki zibil konteynerlərinin birində kəsilmiş insan ayaqı gördüyünü bildirib.

Publika.az-a daxil olan məlumata görə bununla əlaqədər Nəsimi rayon Polis İdarəsinin əməliyyat istintaq qrupu hadisə yerinə yollanır və sözügedən ərazi dərhal nəzarətə götürülür.

Doğranılaraq torbalara yığılmış qadın cəsədi

Məlumata əsasən hadisə yerinin incələnməsi zamanı ayrı-ayrı zibil qutularından dörd ədəd selofan torba və doğranılaraq iki ədəd kisələrə yığılmış insan cəsədi müəyyən edilərək ekspertizaya təhvil verilir. Doğranmış insan əzalarının yığıldığı torbalardan həmçinin üstündə qan ləkəsi olan qadın paltarı da aşkar edilir. Qeydə alınan bu ağır hadisə ilə bağlı ilkin olaraq Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq istintaqa başlanılıb.

Törədilmiş qətlin üstünün açılması üçün tələb olunan əsas nüans meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi olub. Çox keçmir ki, əməliyyat istintaq qrupu məlumat əldə edir ki, doqranmış cəsəd Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yaşayan 27 yaşlı Xatun Mahmudovaya (adlar şərtidir) aiddir.

Gəlinini doğrayan qaynata könüllü təslim olub

İstintaqçılar cəsədin bu vəziyyətdə aşkar olunmasına görə ilkin versiya kimi qətlin qısqanclıq zəminində törədilməsi üzərində işləməyə başlayırlar. Çox keçmir ki, istintaq qrupuna məlumat daxil olur ki, sözügedən hadisəni törətdiyini etiraf edən Binəqədi rayon sakini, 1946 cı-il təvəllüdlü İlyas Mahmudov polisə könüllü təslim olub.

İlyas Mahmudov istintaqda ifadə verməyə başlayır.

Toydan bir il sonra gərginləşən ailədaxili münasibətlər

“Xatunla oğlum Fərrux 2015 ci ildə ailə həyatı qurublar. 2016 c-ildə onların övladı dünyaya gəldi. Bundan sonra cütlüyün arasında ailədaxili mübahisə hiss olunmaqa başladı. Xatun bu aralar Naxçıvana atası evinə getdi və 4 ay orda qalmalı oldu. Naxşıvandan qayıdandan sonra bunların arasında gərginlik daha da artdı. Oğlum Fərrux günlərin birində Xatunu yad kişiylə telefonla danışdığını görsə də, telefonu kodda olduğundan həmin adamın kimliyini öyrənə bilmir”.

İlyas Mahmudov ifadəsində daha sonra qeyd edib ki, telefon məsələsindən bir qədər sonra oğlu Fərrux Kanadaya gedib. Gəlini Xatun iki uşaqı ilə qaynatası və qaynanası ilə həmin evdə yaşamağa davam edib.

Qaynata “çağırılmamış qonaqla” üz-üzə gəlib

Həyat yoldaşının gedişindən sonra Xatun daha da aqresivləşməyə başlayıb.

“Oğlum gedəndən sonra bu bizə qarşı nalayiq hərəkətlər etməyə, saymazlıq göstərməyə başladı. Dəfələrlə onunla bu barədə söhbətlər etsəm də, başa düşmək istəmədi və tam sərbəst adam olduğunu, necə istəyirsə, elə yaşayacağını dedi. Hətta bizə qarşı söyüş söyürdü artıq”.

Ailədə vəziyyətin gərgin olduğu həmin günlərdə İlyas evinə gələrkən binanın giriş qapısında gəlini Xatunun yad bir kişi ilə söhbət etdiyini görür. O, həmin şəxsə yaxınlaşıb kim olduğunu soruşur.

“Həmin adamdan kim olduğunu soruşanda o, mənə bir cavab verə bilmədi. Bunu görən gəlinim onun önünə keçərək həmin şəxsin dayısıoğlu olduğunu deyərək bunun mənə aidiyyatı olmadığını bildirdi və məni təhqir etməyə başladı”

Hazırlanmış planın qəddar nəticəsi

Gəlininin bu hərəkətlərini İlyas Mahmudov artıq dözülməz vəziyyət kimi qiymətləndirir və onu öldürmək qərarına gəlir.

Bundan bir neçə gün sonra o, evdə kiminsə olmadığından istifadə edərək gəlininə arxadan baş nahiyyəsində çəkiclə iki zərbə vurur. Huşunu itirən Xatun yerə yıxılır. Bundan sonra mətbəxdən götürdüyü bıçaqla onun qarın nahiyəsinə xəsarətlər yetirməyə başlayır. Bu ərəfədə zərbələrdən ayılan qadın ona yalvarmaqa başlasa da, çox keçmədən onun nəfəsi kəsilir.

Təkrar alovlanan intiqam hissi

İlyas gəlinini qətlə yetirəndən sonra onun meyitini evdən uzaqlaşdırmaq üçün balta ilə hissələrə ayıraraq torbalara yıqir.

“Meyiti doğrayarkən onun sifəti ilə üz-üzə gəldim və bu mənə daha ağır təsir etdi. Ona qarşı o qədər nifrətim var idi ki… Dərhal qulaqlarını, burnunu və qaşını kəsərək torbaya atdım. Bundan sonra üzünün dərisini də soydum”.

İlyas torbalara yığdığı cəsədi Nəsimi rayonu ərazisindəki zibil yeşiklərinə atır.

Bakı Ağır Cinayətlər Məhkəməsi İlyas Mahmudov barəsində hökm çıxarır və o, 17 il azadlıqdan məhrum edilir.

Gununsesi.info