Gəmilərin və helikopterlərin iştirakı ilə itkin düşən neftçilərin axtarışları davam etdirilir - Xoşbəxt Yusifzadə

  • By admin
  • 20 Dekabr 2016 15:43

xosbaxt-yus

“Gəmilərin və helikopterlərin iştirakı ilə itkin düşən neftçilərin axtarışları davam etdirilir”.

Gununsesi.info-nun xəbərinə görə, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

“Təəssüf ki, itkin düşən neftçilərdən yalnız birinin meyiti tapılıb. Yəqin ki, bir neçə günə itkin düşənlər tapılar. Baş verən hadisəni araşdırmaq üçün yaradılan birgə komissiya işləyir, nəticə məlum olanda hamı biləcək”- deyə, X. Yusifzadə bildirib.

Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

Qəza nəticəsində bir nəfər ölüb, 9 nəfər itkin düşüb.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

Gununsesi.info