Gəncə Apellyasiya Məhkəməsinin 9 hakimi koronavirusa yoluxdu – MƏHKƏMƏ İŞİNİ DAYANDIRMALI OLDU

  • By admin
  • 02 Dekabr 2020 16:34

Son günlər dünyada tüğyan edən koronavirus pandemiyası Azərbaycanda da sürətlə artmaqdadır.

Gununsesi.org-un xəbərinə görə, virusa ayrı-ayrı dövlət qurumlarında kütləvi yoluxma halları baş verib.

Saytımıza verilən məlumatda  Gəncə Apellyasiya Məhkəməsinin 9 hakiminin COVİD – 19 diaqnozu ilə xəstəxanaya yerləşdirilidiyi bildirilir.

Məlumata görə, faktiki olaraq 12 hakimdən ibarət olan Gəncə Apellyasiya Məhkəməsinin işi dayandırılıb.

Gununsesi.org