Gəncə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru yol qəzasında öldü - Foto

  • By admin
  • 06 Sentyabr 2017 20:00

9dba6f58-332a-4a5e-82cd-389f61748992_1504703765

Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı vəzifəli şəxs ölüb. 

“Qafqazinfo”nun “Report”a istinadən verdiyi məlumata görə, “Hyundai” markalı 51-BE-382 dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan iki nəfər ölüb. Ölənlərdən birinin Gəncə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru, rayonun İnstitut qəsəbəsinin sakini, 1958-ci il təvəllüdlü İlqar Zeynal oğlu Zeynalov olduğu bildirilir.

Qəza nəticəsində ölən digər şəxs isə onun qonşusu Mahir Məmmədzadə olub.

 

Gununsesi.info