Gəncə DYP rəisi Rəhim Zalov tutduğu vəzifədən azad edildi - YOL VERDİYİ NÖQSANLARA GÖRƏ

  • By admin
  • 19 Fevral 2018 22:10

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov tutduğu vəzifədən azad edilib. 

Bu barədə Gununsesi.info-ya Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumatda qeyd olunur ki, Rəhim Zalovun DYP rəisi vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı nöqsanlar olub. Belə ki, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyindən xüsusi yoxlama qrupu Gəncə şəhər Baş Polis İdarəsində və Yol Polisi Şöbəsində yoxlamalar aparıb. Rəhim Zalovun işdən azad edilməsi həmin yoxlamaların nəticəsi ilə bağlıdır.

Gununsesi.info