“Gəncə terroru” ilə bağlı 3 şəxs axtarışa verilib -Kamran Əliyev

  • By admin
  • 12 Oktyabr 2022 16:27

Baş prokuror Kamran Əliyev iki il əvvəl ermənilərin Gəncədə törətdikləri terror haqqında danışıb.

“Gəncə terroru ilə bağlı Azərbaycan Baş Prokurorluğunda 3 cinayət işi başlanılıb, bu hərbi siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub”.

O bildirib ki, həmin şəxslər beynəlxalq axtarışa verilib:

“Hesab edirəm ki, biz onları hər yerdə, harada olduqlarından asılı olmayaraq, daim təqib edəcəyik. Həmin şəxslərin gec-tez məsuliyyətə cəlb edilməsinə nail olacağıq. Mən buna inanıram”. (Mənbə Report.az)