Gəncədə 37 yaşlı kişi məhkəmənin qarşısında özünü yandırıb

  • By admin
  • 14 Fevral 2023 19:42

Gəncə sakini özünü yandırıb.

Gununsesi.info xəbər verir ki, hadisə Gəncənin Atatürk prospektində yerləşən şəhər məhkəməsinin qarşısında qeydə alınıb. 1986-cı il təvəllüdlü Həsənov Fariz Faiq oğlu yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan Bakıdakı yanıq mərkəzinə göndərilməsi nəzərdə tutulur.

Fariz Həsənovun hansı səbəbdən özünü yandırması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info