Gəncədə 52 yaşlı qadını avtomobil vurub

  • By admin
  • 14 Dekabr 2016 21:57

2c966a44-457f-4dd2-aa2f-0c87584f2df4_292

 

Axşam saatlarında Gəncədə 52 yaşlı piyadanı avtomobil vurub.

Gununsesi.info-nun məlumatına görə, şəhərin Yeni Gəncə qəsəbəsində marşrut avtobusdan düşən 1964-cü il təvəllüdlü Gəncə şəhər sakini Arazova İmperial Firuddin qızı yolu keçmək istəyərkən onu avtomobil vurub.

Sürücü hadisə yerindən qaçıb. Müxtəlif bədən xəsarətləri alan piyada “təcili yardım” maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən dərhal tibbi yardım alan yaralı Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda zərərçəkənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info