Gəncədə avtobusun vuraraq öldürdüyü qadının şəxsiyyəti məlum olub – YENİLƏNİB

  • By admin
  • 10 Dekabr 2017 14:48


Gəncədə yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti müəyyənləşib.
“Report” xəbər verir ki, bu, 1944-cü il təvəllüdlü Gəncə şəhər sakini Nərgiz Ələsgərovadır.
Həmçinin məlum olub ki, qadını marşrut avtobusu vurub. Sürücü polis tərəfindən saxlanılıb.
***11:22
Gəncə. 10 dekabr. REPORT.AZ/ Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Nərgiz adlı qadın yolu keçmək istəyən zaman onu avtomobil vurub.
Tüfeyli həyat tərzi sürən qadın aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda keçinib. Qadının təxminən 50-55 yaşı olduğu bildirilir.
Hadisə Şəmkir avtovağzalı adlanan ərazidə baş verib. Sürücü ilkin ifadəsində qadını vurmadığını, maşını işə salan zaman məhz qadının qəfil maşına çırpılaraq yerə yıxıldığını bildirib.
Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info