Gəncədə avtomobil piyadanı vurub

  • By admin
  • 18 İyun 2018 19:12


Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın  məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov proskeptində qeydə alınıb.

Hərəkətdə olan “Ford-Tranzit” markalı avtomobil yolu keçmək istəyən şəhər sakini, 1973-cü il təvəllüdlü Hacıyev Elşad İsrafil oğlunu vurub.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info