Gəncədə bıçaqlanma

  • By admin
  • 02 Sentyabr 2016 23:08

bicaq-1

Gəncədə bıçaqlanma olub.

Gununsesi.info xəbər verir ki, apa-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1987-ci il təvəllüdlü Ramal İsgəndərov döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən gəncin vəziyyətinin orta ağır olduğu bildirilir. R. İsgəndərovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info