
Gəncədəki partlayışla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən də açıqlma yayılıb. Bildirilir ki, Kəpəz Rayonu Şahlar Hüseynov küçəsindəki partlayışda ölən və yaralananlar var. Artıq bir neçə nəfərin meyiti və yaralılardan bir neçə dağıntılar altından çıxarılıb.
08.20
Bu gün səhər saatlarında Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub. Gununsesi.org-un xəbərinə görə, partlayış nəticəsində 3 girişli binanın birinci mərtəbəsi tamamilə dağılıb. Dağıntılar altında çoxsaylı adamların qaldığı bildirilir.












