Gəncədə gün ərzində iki nəfər özünü öldürdü

  • Müəllif: admin
  • 19 Avqust 2019 09:34

Gəncə şəhərində bir gün ərzində iki nəfər intihar edib.

Gununsesi.org-un verdiyi xəbərə görə, avqustun 18-də Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü İlqar Əliyev yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Həmin gün 15 yaşlı qız da canına qəsd edib. Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü M. Nəbiyeva yaşadığı evdə özünü asıb. M. Nəbiyeva 10-cu sinif şagirdi olub.

Gununsesi.org