Gəncədə iki qardaş bıçaqlandı

Gəncədə iki qardaşın bıçaqlanması ilə nəticələnən qanlı olay baş verib.
 
Gununsesi.info  xəbər verir ki, 32 yaşlı V.Qazıyev və onun kiçik qardaşı (26 yaş) D.Qazıyev bıçaqlanıblar.
Yaralılarxəstəxanaya çatdırılıblar.
Məlumata görə, onları bıçaqlamaqda şübhəli bilinən 24 yaşlı F.Qurbanov hadisə yerindən qaçıb.
Onun saxlanılması istiqamətində axtarışlar davam etdirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.