Gəncədə köməkçi tikilidə başlayan yanğın evə keçib

  • By admin
  • 27 May 2018 21:24

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info Trend-ə istinadən bildirir ki, FHN-ə verilən məlumata görə, şəhərin Nizami rayonunda həyətyanı sahədə 100 m² quru ot və ümumi sahəsi 10 m² olan taxtadan ibarət yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

 Yüksək temperaturdan yaxınlıqda yerləşən ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 2 m² sahədə qarsalanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​