Gəncədə məktəbli qız sinif yoldaşını BIÇAQLADI

  • By admin
  • 19 Aprel 2022 13:42

Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə insident baş verib. Belə ki, məktəbin 8-ci sinif şagirdi həmcinsi olan sinif yoldaşını bıçaqlayıb.

İlkin məlumata görə, 2007-ci il təvəllüdlü 9-cu sinif şagirdi həmcinsi olan sinif yoldaşına bıçaqla xəsarət yetirib. 15 yaşlı qızın sinif yoldaşına boyun və kürək nahiyəsindən iki zərbə vurduğu bildirilir.

Gununsesi.info-nun xəbərinə görə, Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Modern.az-a bildirib ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub:

“Polis əməkdaşları dərhal hadisə yerinə gedərək araşdırmalara başlayıblar. Məktəbliyə öz sinif yoldaşı olan digər qız şagird tərəfindən xəsarət yetirilməsi məlum olub. Hazırda araşdırma aparılır. Nəticədən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilən məktəblinin vəziyyəti orta ağır qiymətləndirilir.

Gununsesi.info