Gəncədə mənzildə kişi cəsədi aşkarlandı

  • By admin
  • 22 Noyabr 2016 15:40

meyid
Gəncədə mənzildə cəsəd tapılıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1935-ci il təvəllüdlü Əliyev Müzəffər Salman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 14:36-da başa çatıb.
Anar
Gununsesi.info