Gəncədə maşınla vurulan 69 yaşlı kişi öldü –  YENİLƏNİB

  • By admin
  • 11 Sentyabr 2017 22:33

qeza_0235
Gəncədə maşınla vurulan kişi xəstəxanada ölüb.

APA-nın qərb bürosunun məlumatına görə, Gəncənin Şah İsmayıl Xətai prospektində “Mercedes” markalı avtomobillə vurulan, 1948-ci il təvəllüdlü Zeynalov Cəlal Nuşirəvan oğlu xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Gəncədə avtomobil piyadanı vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Gəncə sakini Zeynalov Cəlal Nuşirəvan oğlu “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info