Gəncədə minik maşını çörək sexinə çırpıldı - FOTO

  • By admin
  • 08 Dekabr 2022 21:38

Gəncədə yol qəzası olub.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə minik maşını yol kənarındakı işıq dirəyinə daha sonra çörək bişirmə sexinə çırpılıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb, minik maşınına və çörək sexinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.