Gəncədə müğənni və rəqqasənin meyitləri tapıldı

  • By admin
  • 19 Fevral 2023 14:53

Gəncədə evdə qadın və kişi meyitləri aşkarlanıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Turxan Əliyev Tofiq oğlu və 2000-ci il təvəllüdlü Aytən Abdullayeva Elsəvər qızının evdə meyitləri aşkarlanıb.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. Ölümün baş vermə səbəbləri araşdırılır.

Hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş.

Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva rəqqasə olub.

Gununsesi.info