Gəncədə baş verən yol qəzası nəticəsində xəsarət alanların kimlikləri məlum olub.
APA-nın verdiyi məlumata görə, xəsarət alanlar şəhər sakinləri 1981-ci il təvəllüdlü Orucov Natiq, 1975-ci il təvəllüdlü Orucov Elşad və 1986-cı il təvəllüdlü Orucov Afiqdir.
Onların iki qardaş və əmioğlu olduğu bildirilir. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Orucov Natiqin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Yüngül xəsarət alan digər iki şəxs tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
***
21:18
Gəncədə iki avtomobil toqquşub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, “KAMaz” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-da olan iki nəfər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info