Gəncədə qaz sızması nəticəsində partlayış zamanı 1 nəfər xəsarət alıb

  • Müəllif: admin
  • 08 Mart 2020 23:03

Gəncədə qadın yanıq xəsarəti alıb. 

Gununsesiaz.info-nun APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Fətəliyeva Kəmalə Təvəkkül qızı yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadına 1-ci, 2-ci dərəcəli sifətin və yuxarı ətrafın yanığı diaqnozu qoyulub. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, K.Fətəliyeva təndirdə çörək bişirən zaman qaz sızmasında partlayış baş verib.

 

 

Gununsesiaz.info