Gəncədə rəis müavinlərini öldürən şəxs məhv edildi - ƏMƏLİYYAT

  • By admin
  • 13 İyul 2018 09:24

Gəncədə terror aktı törədərək iki polis zabitinin qətlə yetirilməsimdə əsas iştirakçı olan Rəşad Böyükkişiyev bu gecə hüquq mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə REAL Tv məlumat yayıb.

Rəşad Böyükkişiyevin polisə müqavimət göstərməsi onun məhv edilməsi ilə nəticələnib.

Bu arada Unikal.org yazıb ki, Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və əməliyyat da orada keçirilib.

 

 

Gununsesi.info