Gəncədə şadlıq sarayı yandı

  • By admin
  • 07 İyul 2022 21:08

Bu gün axşam saatlarında Gəncənin tanınmış şadlıq saraylarının birində- “İmperial” şadlıq sarayında yanğın baş verib.

Gununsesi.info-nun xəbərinə görə, yanğın baş verən zaman şadlıq sarayında toy məclisi keçirilirmiş.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Toyda iştirak edən şəxslər təxliyə edilibdir və bir müddət sonra yanğının qarşısı alınıb.

Gununsesi.info