Gəncədə sevgilisi ilə əl-ələ tutan gənc bıçaqlanıb

  • Müəllif: admin
  • 27 Avqust 2025 11:16

Gəncədə növbəti kriminal hadisə baş verib.

Gununsesi.info-nun xəbərinə görə, şəhərin küçələrinin birində sevgilisi ilə əl-ələ tutan şəhər sakini Elmir Əmirov bıçaqlanıb.

Gənci bıçaqlayan şəxs onların əl-ələ tutması ilə yanaşı, həm də küçədə öpüşdüklərini iddia edib.

Hazırda xəstəxanaya yerləşdirilənm Elmir Əmirovun vəziyyətinin ağır olduğu deyilir.

 

Gununsesi.info