Gəncədə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımlar toplanılır - FOTOLAR

  • By admin
  • 08 Fevral 2023 21:04

Gəncədə də Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım toplanılır.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin müraciətindən dərhal sonra ölkənin hər yerində olduğu kimi, Gəncə şəhərində yardımlar toplanılmağa başlanılıb.

Sakinlər, sahibkarlar, müəssisə, idarələr, cəmiyyətlər və ictimai birliklər tərəfindən zəlzələdə zərərçəkənlərə dəstək məqsədilə yardımlar müvafiq qurumlar tərəfindən təyin olunmuş məkana çatdırılıb.

Bununla yanaşı, dünəndən başlayaraq Türkiyənin Gəncədəki Baş Konsulluğunun önündə zəlzələdə dünyasını dəyişən şəxslərin xatirəsinə yaradılmış güşə sakinlər tərəfindən ziyarət edilir, gül dəstələri düzülür.