Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib – FOTOLAR

  • By admin
  • 01 Yanvar 2023 22:28

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

Gununsesi.info-nun yerli bürosunun məlumatına görə, hadisə şəhərin 102 adlanan ərazisindəki dördmərtəbəli yaşayış binasında qeydə alınıb.

İlkin məlumata görə, yanğın binanın 4-cü mərtəbəsində baş verib.

Binaya verilən elektirik enerjisi dayandırılıb və sakinlər təxliyə edilib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub.